Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
Shownews.az xəbər verir ki, bu gün, həmçinin 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri medal uğrunda həlledici görüşlərə çıxıblar.
Təmsilçilərimizdən ikisi final, üçü isə bürünc medal üçün xalçaya çıxıb.
60 kq
Murad Məmmədov finalda rusiyalı Sergey Yemelinlə üz-üz gəlib. Görüşün gedişində 5:0 hesabı ilə önə keçən Məmmədov üstünlüyünü qoruya bilməyib və 5:6 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
67 kq
Elman Muxtarov 3-cü yer uğrunda təsəlliverici görüşdə ermənistanlı Karen Aslanyan 3:5 hesabı ilə uduzub və bürünc medal şansını da itirib.
72 kq
Rəsul Çunayev 4 il öncə olduğu kimi yenə finalda uduzub. O, həlledici qarşılaşmada Adam Kuraka (Rusiya) uduzub və gümüş medal qazanıb.
82 kq
Rafiq Hüseynov yarımfinalda belaruslu Viktor Sasunovskiyə məğlub olub. O, bürünc uğrunda görüşdə Rolan Şvartsa (Almaniya) qalib gələrək bürünc medal əldə edib.
97 kq
Orxan Nuriyevin də bürünc medal uğrunda yarışıb. O, ilk təsəlliverici qarşılaşmasında Nikolay Bayryakovla (Bolqarıstan) güləşib və 3:1 hesabı ilə qalib gəlib. Orxan növbəti görüşündə macarıstanlı Balaş Kisslə (Macarıstan) qüvvəsini sınayıb. Rəqib 3:1 hesabı ilə qələbə qazandığından həmyerlimiz çempionatla vidalaşıb.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamızın aktivində hələlik 1 qızıl və 1 bürünc medal var. Eldəniz Əzizli (55 kq) Avropa çempionu olduğu halda, Elvin Mürsəliyev (77 kq) 3-cü yeri tutub.