Ötən ilin oktyabrın ayında adam öldürməkdə təqsirləndirilən iki dustaq – “Qoca” ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçmasına kömək edən qadın – Günay Atakişiyevanın istintaq ifadəsi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, G.Atakişiyeva təqsirini boynuna alıb və Bakı İstintaq Təcridxanasından Ağstafaya kimi baş verən hər şeyi danışıb. O bildirib ki, birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsilə 6 ay əvvəl “Qoca”nı tanıyıb.
G.Atakişiyeva deyib ki, Lalə uzun müddət əvvəldən Etibar Məmmədovla intim münasibətdə olurmuş: “Lalə deyirdi ki, onlar bir-birlərini sevirlər. Mən də onun telefonu ilə dəfələrlə Etibarın (055) 448-lə başlayan nömrəsinə zəng edib danışmışam. Həmin vaxt Etibar Bakı İstintaq Təcridxanasında saxlanılırdı. 2017-ci ilin sentyabr ayında Lalə, mən və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm. Sonra yenə Lalənin telefonundan Etibarla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil mənə zəng edib dedi ki, Etibar məni görmək istəyir. Mən də Aqillə birgə getdim, Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, “Bizi 21 oktyabrda Lənkərana məhkəməyə aparacaqlar. Mən qatardan qaçacam. Sənə Aqil açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən”. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. O isə “onda sənə çantada paltar verəcəklər, onu gətirib qatarda mənə verərsən” dedi. Mən onunla razılaşdım.
Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib dedi ki, “bunu Etibara verərsən”. Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı, çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar, gördüm ki, həmin torba artıq Etibara verilib. Bir az söhbət edəndən sonra Etibar otaqdan çıxıb başqa dustaqların yanına getdi, sonra qayıtdı. Ümumiyyətlə, Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə girib çıxırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında düşüb Masallıya getdim”.
G.Atakişiyeva bildirib ki, E.Məmmədovun təkidi ilə geriyə də bir yerdə qayıdıblar: “Mən Masallıda olanda Etibar zəng edib onunla birgə qatarda Bakıya qayıtmağımı istədi. Lənkərana getdim, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını dedi. Mən stansiyaya çatandan sonra Tural adlı əməkdaş məni qarşıladı və üstümü yoxlamadan Etibarın yanına apardı. Şirvan şəhərində Aqil də qatara mindi, o Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən ordan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə dedi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım, mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazağa aparmaq üçün 150 manata razılaşdı. Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib dedi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə 1 saatdan bir danışırdı, Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazağa çatdıq, Məhəmməd orada başqa bir taskiyə 23 manat verdi ki, bizə bələdçilik edib Ağsatafa rayonun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislərlər, hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar Məhəmmədə dedi ki, maşını geri sürsün. Mən Etibara qaçmamasını dedim, amma qulaq asmadı. Arxadan NİVA markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər isə bizi tutub şöbəyə gətirdi”.
Hazırda Günay Atakişiyeva və digər təqsirləndirilən şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
“Gecəni qatarda bir yerdə qaldıq” - “Qoca”ya kömək edən Günay

-
Lamiyyə Ələkbərovaya televiziyada yeni vəzifə verildi
16:35
-
Birinci xanımların Bişkekdə görüşü - FOTOLAR
16:05
-
İlham Əliyev Putinlə söhbət etdi FOTOLAR
14:15
-
İsa doğum gününü doğmaları ilə qeyd etdi - FOTOLAR
14:11
-
Yusif Eyvazov Anna Netrebko ilə yenidən eyni səhnədə
15:28
-
“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
21:28
-
Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır
13:30
-
Bu bürclərin həyatında "ağ zolaq" başlayır: Bütün uğursuzluqlar geridə qalır
12:11
-
İllərin küsülülüyü bitdi
15:48
-
Arzu Əliyevanın fotosu Azərbaycan dərsliyinə salındı
13:27
-
Gələn ay ilk qatlanan “iPhone” təqdim ediləcək - QİYMƏT AÇIQLANDI
12:27
-
Nigar Fərhad sərbəst buraxıldı
15:27
-
Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?
11:47
-
Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin nəzərinə!
11:22
-
Əri, qaynı, övladı yatdığı vaxt evə başqa kişi saldı - ŞANTAJ OLUNDU
16:17
-
Bakı Slavyan Universitetində erməni dili tədris ediləcək - RƏSMİ
16:06
-
Polad Bülbüloğludan evlilik iddialarına CAVAB VERDİ
15:46
-
610 bal topladı, universitetə qəbul olmadı - FOTOLAR
10:52
-
Lənkəranda qadın keçmiş ərini telefonla döydü - ŞOK SƏBƏB
22:42
-
Əkiz bacılar eyni ixtisasa qəbul oldular
14:37
-
“Hadrut fatehi”, şəhid Camal İsmayılovun həyat yoldaşı tələbə oldu
11:14
-
8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü
10:50
-
Ərinin boğazını bıçaqla kəsdi – Şok hadisənin detalları - VİDEO
10:45
-
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
00:23
-
Dəmiryolunda “TikTok” üçün video çəkmək istəyi həyatı bahasına oldu
16:43
-
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA
11:04
-
Prezident ailəsinin səmimi fotosu
23:16
-
Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTOLAR
19:48
-
Azərbaycanda ölümün ən çox qeydə alındığı rayonlar
12:48
-
Simarə İmanova yeni imici ilə göz oxşadı - FOTOLAR
12:24
-
İki dünya müharibəsi görüb, koronavirusa qalib gəlib - 117 yaşını qeyd etdi
19:26
-
Bakıda 5 aylıq hamilə qadın abort zamanı xəstəxanada öldü
13:27
-
Cüdoçumuz dünya çempionu oldu
13:26
-
ABŞ-nin dövlət borcu 40 trilyon dolları keçdi - Tarixdə ilk dəfə
13:24
-
Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq
22:07
-
29 ABŞ ştatı “META”nı məhkəməyə verdi - INSTAGRAM və FACEBOOK DƏYİŞƏ BİLƏR
20:26
-
Qərəzli məlumat yaydığına görə Azərbaycan CNN-ni məhkəməyə verdi
19:17
-
"Laçın" yazısına görə 489 000 manat?
13:30
-
"Gəlin niyə mənə çay gətirməlidir?"
18:50
-
Azərbaycanda evlənənlərin də, boşananların da sayı azalıb
16:26
-
Boşansalar Ronaldo Corcinaya nələr verəcək? - MÜQAVİLƏNİN ŞƏRTLƏRİ
12:18
-
“Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“
22:55
-
Emin “Sea Breeze”də 4 yaşlı uşağın ölümü ilə bağlı açıqlama yaydı
14:13
-
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
13:33
-
“Spiderman” 2 həftəyə 2 milyard dollara yaxın qazandı
22:04
-
Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi
15:23
-
Dilarə Əliyeva nəvəsinin 1 yaşından - FOTOLAR
13:35
-
12 yaşlı oğluna avtomobil hədiyyə etdi - FACİƏ İLƏ NƏTİCƏLƏNDİ
11:04
-
“Yaxşı ki, efirlə bağlı bu təmizliklər oldu“ - MANAF DAVALARDAN BEZİBMİŞ
13:11
-
Nikahdan ilk fotonu özü paylaşdı RONALDO EVLƏNDİ
00:33
-
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi
12:43
-
Röya Ayxanın 12 ildən sonra Yaşıl Teatr qayıdışı: möhtəşəm gecədən unudulmaz anlar - FOTOLAR
15:23
-
Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq - 60 MİN YENİ İŞ YERİ
01:46
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“
17:31
-
Paşinyan İlham Əliyevə zəng etdi - TARİXİ ZƏNG
15:59
-
17 yaşlı qıza toy edirdilər - POLİS QARŞISINI ALDI
19:02
-
Mehindən yeni klip - LABİRİNT - VİDEO
17:00
-
"Toppuş bacı"nın atas ıvəfat etdi
14:38
-
Tiktoker "Beniz"ə hökm oxundu - 10 İL 3 AY
19:06
-
Geyimini tənqid edənləri polislə hədələdi
12:05
-
Bugündən Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyuldu
11:12
-
Zaur Kamalın oğlunun doğum günündən - FOTOLAR
22:55
-
“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva
11:11
-
Xalq şairi Nəriman Həsənzadə dünyasını dəyişdi
10:07
-
Kriştianu Ronaldo ilə Corcina Rodrigezin bu həftəsonu ailə qurur?
01:13
-
Dilan Polat, Mika Raun və digər məşhurları əməliyyat edən azərbaycanlı cərrah Azər Zeynalov kimdir?
22:21
-
Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər
21:46
-
Nigarı komaya salan həkimlərə bu cəza verildi
15:28
-
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da qanun pozuntuları aşkarlanıb
15:21
-
“Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"
23:17
-
Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi - FOTOLAR
13:55
-
Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUND
03:39
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub
20:41
-
Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
18:00
-
Aygün Kazımova ikonik obrazını 24 il sonra yenidən etdi FOTOLAR
17:43
-
"Bacımın yasını tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim"
14:08
-
Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTOLAR
18:00
-
Nanə Ağamalıyeva yeni mövsümdən efirə qayıdır - “NANƏLİ” OLACAQ
16:03
-
Tacikistanda hicab və saqqal qadağan edildi
13:39
-
İstirahətə oğlu ilə yollanan Oksananın başına iş gəldi - İKİSİ DƏ XƏSTƏXANALIQ OLDU
11:52
-
Nazir Flora Kərimovanı doğum günündə evində ziyarət etdi
00:00
-
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
19:36
-
Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - RƏSMİ
12:05
-
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi təstiqlədi
18:22
-
Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir
00:27
-
“Limon turşusu” həbs olundu
20:03
-
“Haqqıma girənləri, babalımı yuyanları Allaha həvalə etdim” - KİRAYƏDƏ YAŞAYIRMIŞ
12:44
-
Rəşad Dağlının oğlu yarışda birinci oldu
14:13
-
Ceki Çan Bakıda filmə çəkiləcək
12:23
-
Xoşqədəm Baxşəliyevanın oğlu beynəlxalq festivalda 1-cilik qazandı
20:22
-
Türkan Abbasovadan Bakı kəndləri ab-havasında sevgi mahnısı - SEVİRƏM SƏNİ - VİDEO
19:38
-
Mətanət İsgəndərli bədənşəkilləndirmə əməliyyatı etdirdi
21:57
-
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan
17:54
-
“Yaprak dökümü”nün “Şevket”inin son halı təəccübləndirdi
12:43
-
Şarliz Teronun oğlu ilə görüntüsü sosial medianı çalxalayır - FOTOLAR
02:52
-
Aygün Kazımova beynəlxalq festivalın bağlanışını edəcək
15:25
-
Bu gün səhər Flora Kərimova üçün Təcili Tibbi Yardım briqadası çağırılıb
12:29
-
Xatirə İslamın gözlənilən klipi yayımda - BİRİ SƏNSƏN, BİRİ MƏN - VİDEO
20:54
-
14 il шиддəт görən qadının əri saxlanıldı - FOTO
18:06
-
Qalmaqallı reklama çəkilən aktrisa danışdı - PROBLEM GÖRMÜRƏM
15:55
Həftənin çox oxunanları