Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəisin intiharı ilə bağlı daha bir AÇIQLAMA

Rəisin intiharı ilə bağlı daha bir AÇIQLAMA

İntihar edən polis rəisi ilə bağlı daha bir rəsmi məlumat yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumata görə, iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

 

Qeyd edək ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında dünən səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

O, Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

S. Mirzəyev 2020-ci il iyun ayında təqaüdə göndərilib. 

Xatırladaq ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib. Onun bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.