Vətən müharibəsində itkin düşən kapitan Əkbər Pənahovun şəhid olduğu müəyyənləşib.
SHOWNEWS.AZ xəbər verir ki, şəhidimizin nəşi 9 aydan sonra tapılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Ə.Pənahovla sonuncu dəfə Murovdağda olarkən əlaqə saxlanılıb. Məsələ burasındadır ki, müharibənin gedişində düşmən tərəfi sosial şəbəkədə 31 yaşlı kapitanın hərbi biletinin şəkilini yaymışdı.
Əkbər Pənahovun şəhid olması müəyyənləşdikdən sonra, hazırda 7 hərbçimiz Vətən müharibəsində itkin düşmüş hesab olunur.
Allah rəhmət eləsin!