Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Toy kortejində maşın aşdı, ölən var - Azərbaycanda DƏHŞƏTLİ QƏZA

Toy kortejində maşın aşdı, ölən var - Azərbaycanda DƏHŞƏTLİ QƏZA

Qusarda avtomobil aşıb, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

 

"Report”un məlumatına görə hadisə Qusar-Şahdağ yolunun 26-cı kilometrliyində qeydə alınıb.

 

Ənix kənd sakini Əmirgünə Firdovsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.

 

Ölən:

 

1993-cü il təvəllüldü İsmixan Ədalət oğlu Şəkərov.

 

Yaralılar:

 

1994-cü il təvəllüdlü Əmirgünə Firdovsi oğlu Əmiraslanov,

 

1993-cü il təvəllüdlü Abuçin Osman oğlu Osmanov,

 

1994-cü il təvəllüdlü Tofiq Əziz oğlu Kərimov.

 

Qəza zamanı vəfat edən sərnişin İ.Şəkərovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.