Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı metrosunda sərnişin qatarın altında qaldı

Bakı metrosunda sərnişin qatarın altında qaldı

Metronun “Ulduz” stansiyasında relslərin üzərinə düşən şəxsin kimliyi aydın olub.

SHOWNEWS.AZ “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu 23 yaşlı Şahlar Həsənovdur.

Onun relslərin üzərinə ehtiyatsızlıqdan və yaxud bilərəkdən yıxılması hələ dəqiqləşməyib.

 

Yıxılan zaman gənc müxtəlif xəsarətlər alıb və təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra qatarların hərəkətində 11 dəqiqəlik gecikmə baş verib. Hazırda qatarların hərəkəti bərpa olunub. 

Araşdırma aparılır.