Azərbaycanda beş yaşlı uşaq anası və sevgilisi tərəfindən zorakılığa məruz qalıb.
Bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
K.Ağazadə bildirib ki, bir neçə gün əvvəl anası tərəfindən beş yaşlı uşaq nənəsinin əvvəllər çalışdığı kafeyə atılıb:
"İşçilər nənəyə zəng vurub dedi ki, uşaq ölür... Azyaşlı xəstəxanaya yerləşdirildi. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən xəstəxanada olduq, çəkilişimizi də Daxili İşlər Nazirliyinə göndərmişik. Təhqiqat gedir. Bu gün nənə ilə də görüşdüm.
Nənə uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şəxs olduğunu iddia edir. Uşağın bədənində siqaret izləri, qançırlar, dilinin qoparılması, toxumaların çürüməsi ona edilən ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, onu Kamran döyüb. "Dilimi də o dişlədi... Anam da oradaydı...”.
"Nənənin dediyinə görə, Kamran tərəfindən daha öncə də uşağa qarşı zorakılıq olub. Sonra o, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir..."patı”... Gerisini aidiyyəti qurumlara buraxıram”, - deyə K.Ağazadə əlavə edib.