Göygöl rayonunda hərbçilər qəzaya düşüb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçilərini daşıyan avtomobil aşıb. İlkin məlumata görə, nəticədə 15 nəfər xəsarət alıb, 3-ü ağır vəziyyətdə hospitala aparılıb.
DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, bu gün günorta saatlarında Göygöl rayonunun Aşıqlı kəndində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobil aşıb.
Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.
E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.