Ucarda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
SHOWNEWS.AZ xəbər verir ki, rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb.
Ağır kəllə-beyin travması alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan azyaşlı Bakıda şəhərində yerləşən xəstəxanalardan birinə aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.