Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında HƏBS EDİLDİ

“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında HƏBS EDİLDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika”nın sabiq direktoru Pərviz Abbasov, klinikanın əməkdaşları - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin məhkəməsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Bu günədək təqsirləndirilən şəxslərdən yalnız Pərviz Abbasov həbsdə idi. Bu gün hakim digər təqsirləndirilənlər - Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.