Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qəza törədib hadisə yerindən qaçdı, sosial şəbəkədə paylaşdı, HƏBS OLUNDU

Qəza törədib hadisə yerindən qaçdı, sosial şəbəkədə paylaşdı, HƏBS OLUNDU

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakini Elşən Abbasovun sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2107 markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. 

 

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

Məhkəmənin qərarı ilə E. Abbasov 15 sutka inzibati qaydada həbs edilib.