Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Ağıllı olun, yoxsa hələ çox trans qətlə yetiriləcək" - Bloger ölümlə HƏDƏLƏDİ

"Ağıllı olun, yoxsa hələ çox trans qətlə yetiriləcək" - Bloger ölümlə HƏDƏLƏDİ

Xəbər verdiyimiz kimi, Bakıda 3 gün öncə cinsi azlıq nümayəndəsi yandırılaraq öldürülüb.

SHOWNEWS.AZ xəbər verir ki, bu gün isə bir sıra transseksual Qaradağ Rayon Polis İdarəsi və ombudsman ofisinin qarşısında etiraz aksiyası keçirib və bu hadisənin yaşanmasında bloger Sevinc Hüseynovanı günahlandırıblar.

Etirazçılar bildirib ki, bu ölüm hadisəsinin baş verməsində günahkar Sevinc Hüseynovadır. Onlar iddia edir ki, bloger sosial şəbəkədə cinsi azlıqların əleyhinə paylaşdığı videomüraciəti ölüm hadisəsinin baş verməsinə gətirib çıxardıb.

Qarşı tərəf də susmayıb. O, cinsi azlıqları ölümlə hədələyib:

"8 nəfər trans mitinq edərək həbsimi tələb edir. Niyə?! Çünkü mən bu ölkədə yeganə insanam ki, bu biabırçılığa son qoyulsun deyə səsimi çıxartdım. Buna görə məni bu ölkədə nə qurumlar, nə də ki dövlət başçısı sizin kimilərin qarşısında əzdirməz. Çünkü mən əxlaqsızlığa son qoyulmasını tələb etdim. Buna bir vətəndaş olaraq haqqım var. Hüquqdan danışırsınızsa o zaman qeyd edim ki, bizim huquqlarımız da var. Və biz məcbur deyilik sizlərin təbliğ etdiyiniz əxlaqsızlığa dözək. Çox Avropa deyirsiniz,cəhənnəm olun o zaman Avropaya. Onlar sizin arxanızdadırsa biz sizin kimiləri istəmirik. Mən qeyd etmişdim ki, o paylaşımda siz də insansınız və sizə yazığım gəlir. Amma özünüzə çəki-düzən verin, cəmiyyəti narahat etməyin. O zaman sizinlə işimiz olmaz. Demək ki, narahat etmisiniz cəmiyyəti ki, birtrans artıq qətlə yetirilib. Bunun günahkarı mən deyiləm. O həyat tərzini seçib günah işləyən transdır. Mənim vicdanım çox rahatdır. Ağıllı olun və bundan sonra sadəcə sakit yaşamağa çalışın. Yoxsa hələ çox translar qətlə yetiriləcək. Belə davam etsəniz,o zaman xalq mənim arxamda duraraq ayağa qalxıb sizi milcək kimi əzər”.