Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölməsinin sədri dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, Pünhan Rəhimov koronavirusdan dünyasını dəyişib.
Deputat, Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan hadisə ilğ bağlı deyib:
"Son zamanlar ard-arda mənə yaxın insanların dünyasını dəyişməsi xəbərini alıram. Bu gün saat 6-da acı xəbər aldım. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölmə sədri Pünhan Rəhimov koronavirüsdan dünyasını dəyişdi. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verirəm.Allah rəhmət elesin. Allah hamımızı bu bəladan qorusun".