Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“LGBT üzvlərini məhv edin” deyən bloqerin cəzalanmamasına belə etiraz etdi

“LGBT üzvlərini məhv edin” deyən bloqerin cəzalanmamasına belə etiraz etdi

Bu gün Kanal 13-ün əməkdaşı Əvəz Hafizli Baş Prokurorluğun inzibati binasının darvazasına özünü zəncirləyərək etirazını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Ə.Hafizli tanınmış bloqer Sevinc Hüseynovanın sosial şəbəkə hesabında canlı yayımda çıxış edərək LGBT üzvlərini təhqir etməsi və insanları onları məhv etməyə çağırmasından sonra onun həyatına təhdid yaranıb.

O, Sevinc Hüseynova ilə bağlı prokurorluq orqanlarına etdiyi müraciətin araşdırılmamasına etiraz olaraq özünü dəmir hasara zəncirləyib.

 

Daha sonra Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov onunla görüşərək S.Hüseynova ilə bağlı müraciətinin araşdırıldığını bildirib.

Bunun ardınca Ə.Hafizli Baş Prokurorluğun inzibati binasında qəbul edilib.

Fotoda: Sevinc Hüseynova

Qeyd edək ki, bloqer Sevinc Hüseynova canlı yayımda çıxışı zamanı qanunları saymadığını, Konstitusiyaya məhəl qoymadığını deyərək insanları cinayət törətməyə çağırıb.

Müraciətində insanlara LGBT üzvlərinin məhv edilməli olduğunu deyib: “Mənim harda qarşıma çıxsaz, sizi məhv etmək üçün əlimdən gələni edəcəyəm. Mən buradan bütün oğlanlarımıza, kişilərimizə səslənirəm. Onları harada gördünüz it balası kimi çırpın”.