Bakıda psixoterapevt koronavirus infeksiyasından dünyasını dəyişib.
SHOWNEWS.AZ "Report"a istinadən xəbər verir ki, Teymur Mustafayev bu gün 48 yaşında vəfat edib.
O, bir müddət idi ki, koronavirus infeksiyasına yoluxmuşdu və müalicə alırdı.
Qeyd edək ki, mərhum psixoterapevt olmaqla yanaşı Səhiyyə nazirliyinin Həkim Kadrların Təkmilləşdirmə və Qiymətləndirmə Mərkəzinin məsul mütəxəssisi kimi çalışırdı.