Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tovuzda ağır qəza: Qarabağ qazisi vəfat etdi

Tovuzda ağır qəza: Qarabağ qazisi vəfat etdi

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun girişində, "ASAN Xidmət"in qabağında qeydə alınıb. Qəza nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.

 

"Prado" ilə "Mercedes"in toqquşması nəticəsində ölən rayonun Kirən kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Samir Elman oğludur.

 

O İkinci Qarabağ müharibəsinin qazisidir.

 

Yaralılardan Yasin Səməndərov da Qarabağ qazisidir. 

 

Bu haqda tanınmış jurnalist Arifə Əliyeva məlumat verib:

 

"Dünən gecə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş iki qazimiz, Samir Cəfərov və Yasin Səməndərov avtomobil qəzasına düşüblər. Nəticədə Tovuz rayonunun Hacıhəsənli kəndindən olan qazimiz Cəfərov Samir Elman oğlu vəfat etmişdir, Tovuz rayonunun Kirən kəndindən olan qazimiz Yasin Səməndərov isə ağır xəsarətlər almış, Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilərək əməliyyat olunmuşdur. Vəziyyəti ilə bağlı həkimlərlə əlaqə yaradıldı, əməliyyat olunaraq dalağı götürüldüyü və ayağında  sınıqlar olduğunu bildirdilər. Yaralı qazimiz millət vəkilimiz Arzu Nağıyevin diqqətindədir, lazımi köməklik göstərilməsi barədə aidiyyəti qurumlarla məsləhətləşmələr aparılaraq müvafiq addımlar atılacaq. 

 

Vəfat edən qazimiz Samir Cəfərova Allahdan rəhmət, yaralı qazimiz Yasin Səməndərova isə Allahdan şəfa diləyirik". 

 

Faktla bağlı araşdırma aparılır.