Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hamilə qadın əməliyyatdan sonra öldü - AZƏRBAYCANDA

Hamilə qadın əməliyyatdan sonra öldü - AZƏRBAYCANDA

Bərdədə hamilə qadın əməliyyatdan sonra ölüb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Dalğalar kənd sakini 1990-cı il təvəllüdlü Hüseynova Naibə Mürvət qızı dünən Bərdə Mərkəzi Xəstəsanasının doğum şöbəsinə yerləşdirilib. Bir neçə həftəlik hamiləliyi olan qadının səhhətində problemlər yaranıb.

Məlum olub ki, onun hamiləliyi düzgün getməyib və uşaq ana bətnində tələf olub. Həkimlər tələf olmuş uşağı götürmək üçün qadını əməliyyat ediblər.

 

Naibə Hüseynova bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.