Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ata oğlunun toyuna 1 gün qalmış özünü öldürdü - AZƏRBAYCANDA

Ata oğlunun toyuna 1 gün qalmış özünü öldürdü - AZƏRBAYCANDA

Qax rayonunda 60 yaşlı kişi oğlunun toyuna bir gün qalmış intihar edib.

"Qafqazinfo" xəbər verir ki, intihar hadisəsi bu gün səhər saatlarında Qax rayonunun Güllük kəndində baş verib.

Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Musayev Nadir Reyzullah oğlu özünü həyətdəki köməkçi tikilidən asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, sabah, yəni oktyabrın 30-u Nadir Musayevin oğlu Yaqub Musayevin toy mərasimi keçiriləcəkmiş.

Faktla bağlı araşdırma aparılır.