Vətən müharibəsi qazisi İslam Əlizadə dünyasını dəyişib.
Ailənin qohumu, Vətən müharibəsi qazisi Fərhad İbrahimov İslam Əlizadənin vəfatı ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, dostu beyninə qan sızması nəticəsində dünyasını dəyişib:
“Müharibədə ayağından yaralanıb, həmçinin kəllə-beyin travması almışdı. Ailəli idi. İki övladı var. Sonuncu övladı 20 gün öncə dünyaya gəlib. Günəşli qəsəbəsində yaşayırdılar. Dövlət tərəfindən Xocahəsəndə ona ev verilmişdi. Ancaq uşaq doğulduğuna görə başları qarışmışdı, hələ köçə bilməmişdilər”.