Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Çayxanaya istirahətə gedənlərin mübahisəsi ÖLÜMLƏ NƏTİCƏLƏNDİ - AZƏRBAYCANDA

Çayxanaya istirahətə gedənlərin mübahisəsi ÖLÜMLƏ NƏTİCƏLƏNDİ - AZƏRBAYCANDA

Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib. Belə ki, rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb. Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib və baxış keçirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.