Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hamilə jurnalist koronavirusdan vəfat etdi

Hamilə jurnalist koronavirusdan vəfat etdi

Press.az saytının əməkdaşı Aygün Əlizadə koronavirusdan vəfat edib.

Modern.az xəbər verir ki, A.Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub.

O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.

Noyabrın 8-də onu Yevlax Rayon Xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.

Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə vəfat edib.

Qeyd edək ki, mərhumun beş yaşlı övladı qalıb.