Ağdamda polis əməkdaşının qadına cinsi zorakılıq etdiyi iddia olunur.
Lent.az-ın məlumatına görə, bu barədə zərərçəkmiş qadın Vəliyeva Xəyalə Bahadur qızı sosial şəbəkədə videomüraciət yayıb.
O iddia edib ki, iş üzrə müraciət etdiyi sahə rəisi polis baş leytenantı Fərid Məmmədov onu evlənmək adı ilə aldadaraq iki dəfə zorla cinsi əlaqədə olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a sözügedən iddialarla bağlı məlumatlı olduqlarını bildirib.
Onun sözlərinə görə, hazırda yayılan iddialar araşdırılır.