Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Avtoxuliqanlıq edəndən sonra onu sosial şəbəkədə paylaşan şəxs HƏBS EDİLDİ

Avtoxuliqanlıq edəndən sonra onu sosial şəbəkədə paylaşan şəxs HƏBS EDİLDİ

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, müvəqqəti olaraq Salyan rayonunda yaşayan Bərdə rayon sakini Asim Qafarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon ərazisində  avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və daha sonra həmin avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə paylaşıb.

 

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Qafarov 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.