Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda polis özünü NECƏ GÜLLƏLƏDİ - TƏFƏRRÜATLAR

Azərbaycanda polis özünü NECƏ GÜLLƏLƏDİ - TƏFƏRRÜATLAR

Sumqayıtda özünü güllələyən polis əməkdaşı, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlunun ölümü ilə bağlı bəzi faktlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə "Kapital Bank"ın Sumqayıt filialının inzibati binasının arxasında qeydə alınıb. 

R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Səhər saatlarında o, bankın binasının arxa hissəsindəki otaqlardan birinə keçib. Bir müddət sonra oradan atəş səsi eşidilib. Hadisə yerinə baxış keçirilərkən 42 yaşlı polis əməkdaşının aldığı güllə yarasından öldüyü müəyyən edilib.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. 

İlkin məlumatlara görə, dünyasını dəyişən polis əməkdaşı, R. Mütəllimovun psixoloji problemləri olub. 

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi və ya intihar olduğu araşdırmalardan sonra məlum olacaq. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.