Şabran rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.
Hadisə ötən gün qeydə alınıb.
Bildirilib ki, 2020-ci il təvəllüdlü Ümid Muradov müvəqqəti istifadə üçün nəzərdə tutulan tualet quyusuna düşərək ölüb.
Hadisəni Baş Prokurorluqdan təsdiqləyiblər. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.