Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Kliniki Tibbi Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, “28 May” metrostansiyası yaxınlığında yerləşən dönərxanalardan birində dönər yeyən 8 nəfər zəhərlənmə diaqnozu ilə Mərkəzə gətirilib.
Zəhərlənən şəxslərdən biri qadın, yeddisi kişidir. Onlardan birinin 16 yaşı var. Vəziyyətləri ağır, orta ağırdır.
***
Zəhərlənənlərin adları:
1. Bayramov Cavid
2. Xəlilov Murad
3. Fəttahova Tünzalə
4. Əliyev Həmid
5. Soltanov Səid
6. Mirzəyev Rafiq
7. Ömərov Qüdrət
8. Soltanov Maqsud
Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir.
***
DİN Mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev bildirib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır.