Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 2016-cı il təvəllüdlü U.Axundov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.