Bakıda qatar yoluna çıxmış oğlan faciəli şəkildə ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Keşlə yük dəmiryol xəttinin üzərində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakini, 20 yaşlı Elfaq Rüstəmovu teplovoz vuraraq öldürüb. Hadisə zamanı gənc oğlanın bədəni iki yerə bölünüb.
Faktla bağlı araşdırma aparılır.
QSC-dən Oxu.Az-ın soruğuna cavab olaraq bildirilib ki, dekabrın 14-də saat 08:30 radələrində Bakı Yük Stansiyasının Əhmədli sahəsində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyiti görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb:
“Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib.
İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır”.