Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elçisinə “yox” deyilən 17 yaşlı qız özünü asdı

Elçisinə “yox” deyilən 17 yaşlı qız özünü asdı

Lənkəranda 17 yaşlı qız intihar edib.

“Report” xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü A.B. yaşadığı evdə özünü asıb. Hadisədən onun anası xəbər tutub. O, qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.

Bildirilir ki, A.B. anası ilə eyni marketdə işləyirmiş.

Bir müddət əvvəl həmin marketdə çalışan oğlan qızın ailəsinin də razılığını almaq məqsədilə onlara elçi göndərib. Lakin valideynlər bu izdivaca razılıq verməyiblər.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.