Qanunsuz erməni silahlı qruplaşmasının açdığı atəş nəticəsində Ağdamda bir nəfər yaralanıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində qeydə alınıb.
Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.
Nəticədə A.Rəhimli qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.
Qeyd edək ki, A. Rəhimli "Azercell"in əməkdaşıdır.