Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində müvəqqəti məskunlaşan şəxslərdən bir qismi Azərbaycana gətirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarixi İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O qeyd edib ki, 152 vətəndaşımız Moskvaya təşkil olunmuş çarter reysi ilə ölkəyə gətirilib:
“Onlardan 146 nəfəri böyük, altı nəfəri isə azyaşlıdır”.