"Report" xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.