Tovuzda ticarət mərkəzində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti tapılıb.
Onun içki aludəçisi olduğu bildirilir.
İlkin məlumata görə, Ə.Ələkbərov gecə saatlarında sığındığı ticarət mərkəzinin binasında isinmək üçün kağızları toplayaraq tonqal yandırıb. Nəticədə binanın bir hissəsi yanıb və 62 yaşlı kişi yanğında ölüb. Onun meyiti üzərində hər hansı xəsarət izi aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.