Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon Prokuroluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.