Dünən axşam saatlarında Bakıda Çevik Polis Alayının iki əməkdaşı bıçaqlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində baş verib.
Belə ki, sözügedən rayonun sakini olan qadın polisə müraciət edərək sevgilisi tərəfindən döyüldüyünü, bıçaq xəsarətləri aldığını bildirib.
Dərhal hadisə yerinə ÇPA-nın 4 əməkdaşı yollanıb. Bu zaman qadının sevgilisi iki polis əməkdaşına bıçaqla xəsarət yetirib. Polislərdən biri ürək nahiyəsindən, digəri isə sinəsindən xəsarət alıb.
Yaralı polislər xəstəxanaya yerləşdirilib.
Hadisə yerindən qaçan 1994-cü il təvəllüdlü Aydın Babayevin axtarışları davam etdirilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib. Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib. Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb. Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.