Gəncədə 3 aylıq körpə küçəyə atılıb.
APA xəbər verir ki, körpə Atatürk prosspektində yerləşən yataqxananın yaxınlığından tapılıb.
Tahir Murquzov adlı körpə anası Səbinə Murquzova tərfindən küçəyə atılıb. O, tapılaraq Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.
Körpənin çəkisi 4.5 kq, boyu 55 sm-dir.
Hazırda onun vəziyyəti normaldır. Növbətçi həkim Bəxtiyar Quliyevin veridiyi məlumata görə, körpənin valideyinləri ondan imtina edib.