Azərbaycanda ana uşağına işgəncə verib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib:
“Bu gün sığınacağa yerləşdirilən körpəmizdir. Anası bildirirdi ki, "cinlər məni məcbur etdi, çırpdım uşağı yerə..."
Çırpılmaqdan uşağın üzü bu günə düşməz. Demək ki, cinlər ritual həyata keçirib...”
Ağazadə Lent.az-a açıqlamasında isə uşağın anasının ruhi xəstə olduğunu vurğuladı:
“Uşağın anası qeydiyyatda olan ruhi xəstədir. Hazırda dispanserə yerləşdirilib. Uşağı bizə 40-cı bölmənin polisləri gətirib, vəziyyəti normaldır”.