"MTV Azərbaycan" kanalının baş redaktoru Zümrüd Şahovanın avtomobilini soyublar.
SHOWNEWS.AZ-a açıqlama verən Z. Şahova hadisəndən səhər saat 9 radələrində işə gələrkən xəbər tutub:
"Yeni Yasamalda "Bayram MTK"nın binasında yaşayıram. 2 mühafizəçi, 4 müşahidə kamerası olduğu halda hadisənin necə baş verməsi mənə qəribə gəlir".
O, avtomobindən 500 manat pulunun, qızıl qolbağının və bahalı ətirinin oğurlandığını da əlavə edib.
Hazırda işi polis araşdırır.