Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda baş verən güclü partlayışın səbəbi məlum olub.
Hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib.
Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb. Bu haqda "Azəriqaz"dan məlumat verilib.