Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İçərişəhərdəki restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı

İçərişəhərdəki restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı

İçərişəhərdə yerləşən restoranlardan birində lift qırılıb.

Hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisə nəticəsində iki nəfər çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

 

Xəsarət alan şəxslər 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanovdur.