Bakıda “Location” gecə klubundakı partlayışdan sonra yaralananlardan daha biri - 21 yaşlı Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib.
Ayxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olub.
Qeyd edək ki, Ayxanın da vəfatı ilə klubda baş verən partlayışda ölənlərin sayı dördə çatıb. O, gecə klubunda ofisiant işləyirmiş.