Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məktəb şagirdi söyüş üstündə bıçaqlandı - AZƏRBAYCANDA

Məktəb şagirdi söyüş üstündə bıçaqlandı - AZƏRBAYCANDA

Siyəzəndə məktəblilər arasında bıçaqlanma olub.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 5-də Cəfər Cabbarlı adına 1 saylı orta məktəbdə baş verib. Aralarında yaranan mübahisə zamanı 9-cu sinifdə oxuyan şagirdi 10-cu sinifdə oxuyanı söyüb. Məlumata görə, şagird bu səbəbdən ona söyən məktəblini bıçaqlayıb.

Yaralıya ilkin olaraq Siyəzən rayon Xəstəxanasında tibbi yardım göstərilib. Daha sonra o, əməliyyat üçün Bakıya göndərilib.

Hadisəni törədən məktəbli saxlanılıb. Araşdırma aparılır.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Lent.az-a təsdiqləyib.