Bu gün Rusiyada yaşayan tanınmış Azərbaycanlı bloger Hüseyn Həsənov Bakıda fanatları ilə görüşüb.
SHOWNEWS.AZ xəbər verir ki, görüş izdihamla başlayıb. Hüseyni görmək üçün çoxsaylı insan toplanıb.
Sosial şəbəkədə yayılan videoda isə blogerin mühafizəçisi izdihamlı kütləni əlində olan bel kəməri ilə insanların başına vurduğu aydın görünür.
Həmin video sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
H. Həsənov hadisə ilə açıqlama verib:
"Həmin şəxsi tanımıram. Mənim komandama aid deyil. Tapılıb cəzalanmasını istəyirəm".