Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Daha bir kişi keçmiş arvadını və özünü öldürdü - Bir ayda üçüncü ailə faciəsi

Daha bir kişi keçmiş arvadını və özünü öldürdü - Bir ayda üçüncü ailə faciəsi

Qubada 52 yaşlı kişi keçmiş arvadını qətlə yetirib, daha sonra intihar edib.

 

Rayon prokurorluğundan verilən xəbərə görə, aprelin 19-da Bərqov kənd sakinləri - 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla İlham Xudamovun bıçaqla keçmiş arvadı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.