Qazaxda qardaş və bacı qəlpə yarası alıb.
Rayonun Quşçu Ayrım kənd sakini olan qardaş və bacı - 12 yaşlı Cavad Nuriyev və 14 yaşlı Nabat Nuriyeva qoyun otaran zaman naməlum əşya tapıblar.
Onunla oynayan zaman əşya partlayıb və onlar xəsarət alıblar. Hər iki azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.