Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda COVID-ə yoluxan ana ölü uşaq doğdu

Azərbaycanda COVID-ə yoluxan ana ölü uşaq doğdu

Sumqayıt Tibb Mərkəzi doğuş zamanı körpənin ölməsinə münasibət bildirib.

Mərkəzdən verilən məlumata görə, 32 yaşlı Qurbanova Elnurə Hacıbaba qızı aprelin 26-ı gecə saat 2:20-də Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Sumqayıt şəhər xəstəxanasının doğum şöbəsinə daxil olarkən 40 həftə hamiləlik, dölün bətndaxili ölümü diaqnozu qoyulub. Pasiyent sonuncu dəfə aprelin 16-da 6 nömrəli Ailə Sağlamlıq Mərkəzində həkim müayinəsində olub və o zaman dölün ürək döyüntüsünün olduğu müşahidə edilib.  

Lakin aprelin 26-da doğum şöbəsinə daxil olarkən dölün ürək döyüntüsünün olmaması (ölümü)  haqda E. Qurbanovanın yaxınlarına məlumat verilib. Həmin gün doğuşa hazırlıq dövründə ultrasəs müayinəsində dölün bətndaxili ölümü təsdiq edilib. Dölün ölü olduğu ana E. Qurbanovaya da bildirilib.

Çəkisi 3400 qram, boyu 53 sm, kişi cinsindən olan ölü döllə doğuş baş verib.

Anada hamiləliyin 28-ci həftəsində koronavirusa yoluxma halı müşahidə edilib və doğuşaqədər E. Qurbanova 3 dəfə ağır qrip infeksiyasına yoluxub. Dölün ölü doğulmasına ananın infeksion xəstəliklər keçirməsinin səbəb olduğu ehtimal edilir.