Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada ölən şəxslər SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı olublar. Belə ki, Bakı şəhər sakinləri Emil Qurbanov və Səyavuş Cəfərov imsak etmək üçün maşını saxlayıblar. Bu zaman həmin ərazidən keçən İbrahim Əsədzadə sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla yol kənarında dayanan Emil Qurbanov və Səyavuş Cəfərovu vurub.
Qeyd edək ki, qəza zamanı ölən şəxslərin yanında onların daha bir iş yoldaşı da olub. Həmin şəxs təsadüf nəticəsində sağ qalıb. Belə ki, o gödəkçəsini götürmək üçün maşının salonuna əyləşib. Qəza da məhz həmin an baş verib.
Məlumata görə, qəzanı törədən İbrahim Əsədzadə həbsdən yeni çıxıbmış.