Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aprel döyüşlərinin iştirakçısı beyin xərçəngindən DÜNYASINI DƏYİŞDİ

Aprel döyüşlərinin iştirakçısı beyin xərçəngindən DÜNYASINI DƏYİŞDİ

Azərbaycanda hərbçi xərçəng xəstəliyindən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, baş leytenant Aydın Həzrətov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Onun vəfatı barədə qardaşı İslam Həzrətov sosial şəbəkə hesabında paylaşım edib.

Qardaşının sözlərinə görə, A.Həzrətov 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.

O, Aprel döyüşləri zamanı leytenant rütbəsi ilə hava hücumundan müdafiə üzrə tağım komandiri olub. Tərtərdə gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində zərbə dalğasından xəsarət alıb, ancaq xidmətini davam etdirib.

Hərbçiyə müharibədən sonra baş leytenant rütbəsi verilib. 2020-ci ildə müayinə zamanı beynində bədxassəli şiş aşkarlanıb və o, müalicəyə cəlb olunub.