Xaçmaz sakini xalasının evinə oğru kimi girib pul və qızıl-zinət əşyaları oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən SHOWNEWS.AZ-a bildirilib ki, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Nərəcan kənd sakini Tofiq Həsənov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. bu kimi müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xalasına məxsus evə daxil olaraq oradan ümumilikdə 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs həbs edilib.