Tovuzda yeni ana olmuş qadın vəfat edib.
SHOWNEWS.AZ xəbər verir ki, rayonun Dondar Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Şiranə Həsənova mayın 11-də Tovuz Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 35-36 həftəlik uşaq dünyaya gətirən qadın daha sonra halı pisləşdiyindən xəstəxanada saxlanılıb. Bu haqda "Qafqazinfo" məlumat əldə edib.
Tibbi müdaxilələrə baxmayaraq, 1 həftə sonra – mayın 18-də günorta saatlarında Ş.Həsənova vəfat edib.
Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.